6 iyul 2012 03:11
Almaniyada Berti Foqtsa inanmırlar
Almaniyanın nüfuzlu “Hamburger Adendblatt” nəşri maraqlı sorğu keçirib. Azerisport.az xəbər verir ki, almanlar bu ölkənin futbol federasiyasında boşalan idman direktoru vəzifəsinə namizədlərdən hansının daha layiqli olduğunu müəyyənləşdirməyə çalışıblar.
Xəbər verdiyimiz kimi, bu posta namizədlərdən biri də Berti Foqtsdu. Lakin almaniyalı futbolsevərlər Azərbaycan yığmasının baş məşqçisinə güvənmirlər. Belə ki, Foqtsa repsondentlərin yalnız 4 faizi səs verib. Almanlar bu posta daha çox yığma komandanın sabiq qapıçısı Oliver Kanın gətirilməsini istəyirlər – 32 faiz.
Qeyd edək ki, Almaniya Futbol İttifaqının idman direktoru vəzifəsini son günlərə kimi Mattias Zammer tuturdu. Lakin o, “Bayern” klubuna yollandığından, həmin posta yeni namizədlər gözdən keçirilir.
