6 iyul 2012 03:53
Azərbaycan futbolunda ilk
“İnter” Azərbaycan futbolunda yeni rekorda imza atıb. Azerisport.az xəbər verir ki, “bankirlər” avrokuboklarda ən böyükhesablı qələbəmizə imza atıb.
Belə ki, paytaxt klubu ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşdığı Estoniyanın “Trans” klubunu 5:0 hesabı ilə məğlub etdi. Bundan əvvəl ən böyükhesablı qələbəmiz “Qarabağ”ın aktivində idi. Ağdam təmsilçisi ötən yay Litvanın “Banga” klubunu 4:0 hesabı ilə yenmişdi. Lakin “İnter” Rakveredəki qələbəsi ilə “Qarabağ”ın rekordunu qırıb.
