6 iyul 2012 19:39
Azərbaycan mundialdakı rəqiblərini tanıdı
Bu gün 17 yaşlı qadınlardan ibarət milli komandalar arasında Bakıda təşkil olunacaq dünya çempionatının püşkü atılıb. Azerisport.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Məlum olduğu kimi, ölkəmizdə keçiriləcək dünya çempionatına 16 ölkə millisi qatılıb. Bunlardan biri təşkilatçı qismində Azərbaycan yığmasıdı. Qalan qitələrə gəldikdə, Avropadan Almaniya, Fransa, Asiyadan Yaponiya, Çin, KXDR, Afrikadan Qana, Qambiya, Nigeriya, Şimali və Mərkəzi Amerikadan ABŞ, Kanada, Meksika, Cənubi Amerikadan Braziliya, Kolumbiya, Uruqvay, Avstraliya və Okeaniyadan Yeni Zelandiya mübarizə aparacaq.
2012-ci dünya çempionatının iştirakçıları
Avropa: AZƏRBAYCAN, Almaniya, Fransa
Asiya: Şimali Koreya, Yaponiya, Çin
Afrika: Nigeriya, Qana, Qambiya
Cənubi Amerika: Braziliya, Kolumbiya, Uruqvay
CONCACAF: ABŞ, Kanada, Meksika
Okeaniya: Yeni Zelandiya
A qrupu: AZƏRBAYCAN, Kolumbiya, Nigeriya, Kanada
B qrupu: Fransa, ABŞ, KXDR, Qambiya
C qrupu: Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya
D qrupu: Uruqvay, Çin, Almaniya, Qana
Qeyd edək ki, Bakıda keçiriləcək dünya çempionatının final mərhələsi sentyabrın 22-dən oktyabr ayının 13-dək davam edəcək. Dünya çempionatının açılış matçı sentyabrın 22-də Azərbaycan və Kolumbiya yığmaları arasında baş tutacaq.
