6 iyul 2012 21:30
Cahangir Hacıyev: Ümid edirəm ki, İnter Avroliqada mümkün qədər uğurlu çıxış edəcək
AFFA İcraiyyə Komitəsinin üzvü Cahangir Hacıyev “İnter”in Estoniya “Trans”ı üzərindəki möhtəşəm qələbəsindən danışıb. Azerisport.az saytına müsahibəsində o, “bankirlər”in 5:0 hesablı qələbəsini belə şərh edib:
“Biz şadıq ki, “İnter” belə bir qələbə qazandı. Hesaba baxdıqda artıq demək olar ki, komanda növbəti mərhələdədi. Amma “Trans”la cavab oyunu da var. “İnter”in növbəti rəqibi isə Yunanıstanın “Asteras Tripoli” klubudu. Bildiyiniz kimi, bu komanda Yunanıstanı təmsil edir və bu ölkənin milli komandası az öncə başa çatan Avropa çempionatının iştirakçılarından biri idi. Bu isə yunan futbolunun gücündən xəbər verir. “İnter”in nə qədər irəiləyə biləcəyini indidən söyləmək çətindi. Ümid edirəm ki, onlar Avropa Liqasında mümkün qədər uğurlu çıxış edəcəklər”.