6 iyul 2012 20:04
Ronald De Bur Bakıda keçirilən püşkatmada
Xəbər verdiyimiz kimi, bu gün saat 19:00-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə iştirak etmək üçün dünya futbolunun tanınmış simalarına dəvət göndərilib.
Dəvəti müsbət qəbul edənlər arasında bir sıra tanınmış klublarda, o cümlədən Hollandiya millisinin heyətində gözəl oyunu ilə azarkeşlərin rəğbətini qazanmış veteran futbolçu Ronald De Bur da vardı. Hollandiyalı futbol veteranı püşkatma mərasimində iştirak etmək üçün Bakıya gəlib.
