6 iyul 2012 20:26
Millimizin baş məşqçisi: Bundan çətin qrupa düşə bilməzdik
Azərbaycanın 17 yaşlı qadınlardan ibarət yığmasının baş məşqçisi Sissi Rayt ölkəmizdə keçiriləcək dünya çempionatının püşkatma mərasiminin nəticələrini şərh edib. Azerisport.az xəbər verir ki, o, rəqiblərimizlə bağlı bunları dilə gətirib:
“Bizə heç də asan qrup düşmədi. Məncə, bundan çətin qrup ola bilməzdi. Çox şey bizim Kolumbiya ilə ilk matçımızdan asılı olacaq. Bu oyunda necə oynasaq, davamı da elə olacaq”.
“Bizə heç də asan qrup düşmədi. Məncə, bundan çətin qrup ola bilməzdi. Çox şey bizim Kolumbiya ilə ilk matçımızdan asılı olacaq. Bu oyunda necə oynasaq, davamı da elə olacaq”.
Qeyd edək ki, Azərbaycan A qrupunda Kolumbiya, Nigeriya və Kanadaya rəqib olub.
