6 iyul 2012 20:48
Oceana Bakıya gəlmədi
Xəbər verdiyimiz kimi, bu gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə dünya şöhrətli alman müğənni Oceananın çıxışı nəzərdə tutulmuşdu.
Lakin Frnakfurt - Vyana təyyarə reysi təxirə salındığı üçün Oceana püşkatma mərasimində çıxış etməyəcək.
