6 iyul 2012 11:56
FIFA Bakıda marketinq seminarı keçirdi (FOTOLAR)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində Bakıda marketinq üzrə ikinci seminar təşkil olunub. Azerisport.az xəbər verir ki, seminarda FIFA-nın marketinq üzrə nümayəndələri Kim Yu və Martin Nussbaumer iştirakçılara marketinq işləri barədə ətraflı məlumat verib, öz təqdimatında Yerli Təşkilat Komitəsi tərəfindən görülən işləri yüksək qiymətləndiriblər.
Marketinq nümayəndələri Cavid Qarayev və Cəmilə Mehdiyeva dünya çempionatı ilə bağlı aparılmış işlər barədə danışıb, habelə tədbirdə iştirak edən FIFA partnyorları və dünya çempionatının milli dəstəkçiləri – ARDNŞ, Xalq Bank, Bakcell və Paşa Sığorta – üçün müxtəlif marketinq imkanları təqdim ediblər. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin biletlər üzrə direktoru Zaur Məmmədov isə ümumi bilet satışı strategiyası, qrup bilet satışları barədə məlumat verib. Seminar çərçivəsində milli dəstəkçilər də öz ideyaları və təbliğat planlarını paylaşıblar.
Xatırladaq ki, birinci FIFA Marketinq seminarı martın 14-də keçirilmişdi.
