6 iyul 2012 14:15
Yığmamız Avstriya klubunu darmadağın etdi
Avstriyanın Zalsburq şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz "Seekirchen" klubu ilə qarşılaşıb.
Azərbaycan yığması bu görüşdə 4:1 hesabı ilə qələbə qazanıb. Elşən Abdullayevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Ruslan Nəsirli və Bayram Budaqov fərqlənib.
