6 iyul 2012 21:44
Ronald De Bur: Ümid edirəm ki, bu, Azərbaycana son səfərim olmayacaq
Xəbər verdiyimiz kimi, bu gün saat 19:00-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə iştirak etmək üçün dünya futbolunun tanınmış simalarına dəvət göndərilmişdi ki, onların arasında bir sıra tanınmış klublarda, o cümlədən Hollandiya millisinin heyətində gözəl oyunu ilə azarkeşlərin rəğbətini qazanmış veteran futbolçu Ronald De Bur da vardı.
Hollandiyalı futbol veteranı püşkatma mərasimindən sonra azerisport.az saytına müsahibəsində fikirlərini açıqlayıb: “Bu, mənim sizin ölkənizə ilk səfərimdi. Elə ilk gündəcə şəhərinizin gözəlliklərini görmək imkanım oldu. Bütövlükdə, Bakını çox bəyəndim. Ümid edirəm ki, bu, Azərbaycana son səfərim olmayacaq”.
