6 iyul 2012 22:03
AFFA yığmamızın qarşısına qoyulan hədəfləri açıqladı
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının ölkəmizdə keçiriləcək dünya çempionatı üçün hədəflərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandanın qarşısına qrupdan çıxmaq vəzifəsi qoyulub. Bizim təcrübəmiz azdı. Amma buna baxmayaraq, 1/4 finala çıxmaq istəyirik. Bu yolda azarkeşlərin dəstəyi bizim üçün çox vacibdi. Bu yaxınlarda keçirilən Azərbaycanla Latviya arasındakı yoldaşlıq matçına 3 min azarkeş gəlmişdi”.