6 iyul 2012 13:36
Georgi Adamiya: Artıq növbəti rəqibi düşünə bilərik
“İnter”in yarımmüdafiəçisi Georgi Adamiya Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Trans”ı ilə ilk oyunundan (5:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Trans”la ilk oyun barədə nə deyə bilərsiz?
- Şadam ki, bizim bütün hücumlarımız qolla nəticələndi. Amma buna baxmayaraq, Bakıdakı oyunda əllərimizi yanımıza sala bilmərik. Həmin oyuna da eyni qaydada köklənməliyik.

- Bu oyunda həm də sizin “İnter”də debütünüz gerçəkləşdi. “Bankirlər”lə ilk oyununuz necə idi?
- Müsbət qiymətləndirirəm. Şadam ki, qol vura, komandaya kömək edə bildim. Ümid edirəm ki, bu tempdə davam edə biləcəm.

- “Qarabağ”da fərqli sistemlə oynayırdız. Yeniliyə alışmaq çətin olmadı?
- Bəli, bu iki komandanın oyun üslubları fərqlənir. Əgər “Qarabağ”da topla azad oynamağa üstünlük verilirsə, “İnter”də mövqe futboluna üstünlük verilir. Mən də təbricən buna alışıram.

- “Trans” sizin “Qarabağ”la oynadığınız “Banga”ya oxşayır?
- Müqayisə etmək çətindi. Biz istənilən halda rəqibin zəif olmasından danışa bilmərik. Baxmayaraq ki, az da olsa, onların oxşarlıqları var.

- Siz “İnter”in avrokuboklarda ən təcrübəli futbolçularından birisiz. Komanda yoldaşlarınıza məsləhət verirsiz?
- Məsləhətləri bizə baş məşqçi verir. Bizə sadəcə onları yerinə yetirmək qalır. Çünki bu, çox vacibdi. Meydanda isə hamı öz ağasıdı.

- Bu oyunu növbəti mərhələdəki rəqibiniz - Yunanıstanın “Asteras” klubunun məşqçisi də izləyirdi. O, sizi “İnter”in ən təhlükəli futbolçusu adlandırdı...
- Eşitmək xoşdu. Baxarıq, görək yunanlarla oyunumuz necə alınır.
- Artıq bu komanda barədə düşünmək olar?
- Məncə artıq düşünməyə başlamaq olar. Amma biz hələ “Trans”la cavab oyununa da çıxmalıyıq.