6 iyul 2012 11:38
İnterdə argentinalı futbolçu
İtaliyanın “Inter” klubu növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Milan təmsilçisi “Palermo”nun müdafiəçisi Matias Silvestreni rənglərinə bağlayıb.
“Juventus”a transfer olunan Lusionun yoxluğunu unutdurmaq istəyən “Inter” argentinalı futbolçu ilə xeyli müddət idi ki, danışıqlar aparırdı. Bu danışıqlar nəhayət ki, bəhrə verib və Silvestre yeni klubu ilə müqaviləyə imza atıb.
Qeyd edək ki, ötən mövsüm “Catania”dan “Palermo”ya transfer olunan oyunçu 29 matçda forma geymiş, 5 qol vurmuşdu.
