6 iyul 2012 12:23
Maris Verpakovski: Evdə heç-heçə dünyanın sonu deyil
“Bakı”nın hücumçusu Maris Verpakovski Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə ilk oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Biz hər şeyə ilk oyunda aydınlıq gətirməyə borclu idik. Azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirdik. Lakin çox təəssüf ki, bu oyunda qol vura bilmədik. Komandamızın üzvləri özlərinə inanmalıdılar. Evdə heç-heçə etmək hər şeyin sonu deyil. Hələ cavab oyunu da var”.
