6 iyul 2012 12:55
Aqil Məmmədov: Sloveniyada nəyə qadir olduğumuzu göstərəcəyik
“Bakı”nın qapıçısı Aqil Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə ilk oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Mura” ancaq müdafiə olunurdu. Heç-heçə bizə çox pis təsir etdi. Çünki hamı bizdən “Mura” üzərində qələbə gözləyirdi. Lakin məncə, hələ hər şey itirilməyib. Mən inanıram ki, biz Sloveniyada nəyə qadir olduğumuzu göstərəcəyik”.
