6 iyul 2012 16:58
“Biz Bakı ilə oyunda xarakter göstərdik”
Sloveniyanın “Mura” klubunun məşqçisi Damian Oşlay Avropa Liqasının birinci təsnifat mərhələsinin “Bakı” ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Biz Bakı ilə oyunda xarakter göstərdik. Məncə, biz bunu dünyanın istənilən komandası ilə oyunda da edə bilərdik”.
