6 iyul 2012 15:17
“Biz Bakıda müsbət nəticəyə nail olduq”
Sloveniyanın “Mura” klubunun məşqçisi Slobodan Djuriç Avropa Liqasının birinci təsnifat mərhələsinin “Bakı” ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Mən ilk növbədə öz oyunçularımızı təbrik etmək istəyirəm. Özü də təkcə nəticəyə görə yox. Eyni zamanda bütün çətinliklərə rəğmən, oyuna bu cür kökləndiklərinə də görə. Biz ilk oyunda müsbət nəticəyə nail olduq. Özü də bunu çox yaxşı bir rəqibə qarşı oyunda etdik”.
