6 iyul 2012 14:57
Azərbaycan futbolu tarixində ən böyük pankart (FOTO)
Dünən Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Bakı” ilə Sloveniya “Mura”sı arasındakı ilk matçda “Sector 11” azarkeş qrupu Azərbaycan futbolu tarixində ilkə imza atıb. Azerisport.az xəbər verir ki, onlar bu oyunda indiyə qədərki ən böyük pankart açıblar.
pankartın ölçüsü 89 kv. metr olub. İndiyədək milli və klublar səviyəsində keçirilmiş oyunlarda bu böyüklükdə pankart açılmamışdı. Pankartın üzərində skelet başı təsvir olunub. Pankartın aşağı hissəsində isə "Ready to kill for you" ("Sənin üçün öldürməyə də hazırıq") sözləri yazılıb.
