6 iyul 2012 14:35
Georgi Nikolov: Trans o qədər də zəif deyil
“İnter”in prezidenti Georgi Nikolov Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Trans”ı ilə ilk oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandasının 5:0 hesablı qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Mən bu oyunu bir qədər həyəcanla gözləyirdim. Çünki rəqibdən ehtiyatlanırdım. Amma oyunun nəticəsindən razıyam. Onu deməliyəm ki, “Trans” o qədər də zəif deyil. Onlar futbol oynamağı bacarırlar. Fiziki cəhətdən çox güclüdülər. Sadəcə, bizim futbolçular onlara oynamağa imkan vermədilər”.
