6 iyul 2012 16:05
Zestafoni - Neftçi matçının hakimi və başlama saatı açıqlandı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Zestafoni" (Gürcüstan) - "Neftçi" matçının başlama saatı açıqlanıb. Azerisport.az xəbər verir ki, "David Abaşidze" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Artıq matçı idarə edəcək matçın baş hakiminin də adına aydınlıq gəlib. İyulun 24-də keçiriləcək oyunu qazaxıstanlı referi Artyom Kuçin idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 17-də Bakıda keçiriləcək və saat 21:00-da start götürəcək. Həmin oyunu isə rumıniyalı baş hakim Marius Avram idarə edəcək.
