6 iyul 2012 11:10
Azərbaycan - İsrail matçının başlama saatı bəlli oldu
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsrail oyununun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma sentyabrın 7-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Azərbaycan - İsrail oyunu yerli vaxtla saat 21:00-da başlayacaq.
