6 iyul 2012 11:15
FIFA İcraiyyə Komitəsinin üzvü Bakıda
Xəbər verdiyimiz kimi, bu gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə FIFA İcraiyyə Komitəsinin üzvü, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin FIFA Təşkilat Komitəsinin rəhbəri Hany Abo Rida da iştirak edəcək.
Qeyd edək ki, Hany Abo Rida indiyədək FIFA tərəfindən keçirilmiş bir sıra mötəbər turnirlərin Təşkilat Komitəsinin rəhbəri olub.
