6 iyul 2012 17:21
“Cavab oyununda Bakı fərqli rəqib görəcək”
Sloveniyanın “Mura” klubunun yarımmüdafiəçisi Mate Eteroviç Avropa Liqasının birinci təsnifat mərhələsinin “Bakı” ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Bakı” yaxşı komandadı. Onların heyətində təcrübəli legionerlər çıxış edirlər. Lakin bu oyunda hər iki tərəf çoxlu səhvlərə yol verdi. Amma bunlardan istifadə edən olmadı. Çalışacağıq ki, rəqibimizi Sloveniyada məğlub edək. Səfərdə “Bakı”ya daha çətin olacaq. Çünki qonaq komanda adətən əsəbi olur. Cavab oyununda “Bakı” fərqli komanda görəcək”.
