6 iyul 2012 18:24
Asterasın məşqçisi Adamiya və Georgiyevskidən çəkinir
Azərbaycanın “İnter” klubunun Avropa Liqasının ikinci təsnifat mərhələsində rəqibi olacaq Yunanıstanın “Asteras” komandasının məşqçisi Georgios Xeridis “bankirlər”in Estoniya “Trans”ı ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İnter” “Trans”ı belə asanlıqla yenəcəyini gözləmirdim. Azərbaycan komandası xoşuma gəldi. Georgi Adamiya ilə Slavço Georgiyevskini xüsusi qeyd etmək istərdim. Onlar bizim klub üçün çox təhlükəli futbolçular olacaq. Xüsusilə də Adamiya. Mən hələ bu komandaların Bakıdakı cavab matçına da gələcəyəm”.