6 iyul 2012 00:04
Xəzər Lənkəran qapıya 31 zərbə vurub
Azerisport.az sizi UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Xəzər Lənkəran” ilə Estoniya “Nomme Kalju”su arasındakı ilk oyunun statistikası ilə tanış edir. Qeyd edək ki, qarşılaşma komandamızın bütün səylərinə rəğmən, 2:2 hesabıyla başa çatdı.
Bu komandalar arasındakı cavab görüşü iyulun 10-da Estoniyada keçiriləcək.
XƏZƏR LƏNKƏRAN - NOMME KALJU – 2:2
Qapıya zərbələr: 31-10
Çərçivəyə zərbələr: 9-3
Seyvlər: 3-9
Dirək, qapı çatı: 2-0
Ofsayd: 1-1
Sarı vərəqə: 4-0
Qırmızı vərəqə: 0-0
Follar: 15-14
