6 iyul 2012 00:05

Rahid Əmirquliyev: Qoy azarkeşlər ümidlərini itirməsinlər

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Avropa Liqasının birinci təsnifat mərhələsində Estoniya “Nomme Kalju”suna qarşı keçirilən ilk oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Oyun barədə nə deyə bilərsiz?
- Belə oyundan sonra söz tapmaq çətindi. Komanda pis oyun göstərmədi. Amma qələbə qazana bilmədik.

- “Xəzər Lənkəran”a avrokuboklada ilk qələbəsini qazanmağa nə mane oldu?
- Bir sözlə bəxtsizlik. Bu qədər qol epizodu yaratdığın halda top qapıya necə getməyə bilər?

 
- Problem təkcə bundadı?
- Başqa nədə ola bilər ki? Hesab 2:1 olanda biz üçüncü topu vurmalı idik. Bunun üçün kifayət qədər imkan da var idi.
 
- Əgər komanda öz meydanında iki qol vurub, qələbə qazana bilmirsə, bəlkə müdafiəsində də problem var?
- Biz iki kobud səhv buraxdıq və bunun da cavabında qapımızda qol gördük. Amma qələbə qazana bilməməyimizin günahını müdafiənin üstünə atmaq istəmirəm. Bütün komanda oynayırdı və nəticəyə də hamımız cavabdehik.

- Cavab oyunundan nə gözləmək olar?
- İlk oyunda istədiyimiz nəticəyə nail ola bilməsək də, bizim hələ növbəti mərhələyə çıxmaq şansımız qalır. Əgər biz onlara iki qol vurmağı bacardıqsa, niyə bunu Estoniyada da etməyək?

 
- Bu məntiqlə onlar da sizə Lənkəranda iki qol vurublar və doğma meydanda bunu etmələri daha asan olacaq...
- Bizim artıq cavab oyununda bu qədər səhv buraxmağa haqqımız yoxdu.
 
- Cavab matçında komanda necə oynayacaq?
- Biz yenə hücum edəcəyik. Çünki komandaya qələbə lazımdı. “Xəzər Lənkəran” birinci mərhələni keçməlidi. Qoy azarkeşlər ümidlərini itirməsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.