6 iyul 2012 00:28
UEFA Xəzər Lənkəranı cəzalandıra bilər
UEFA “Xəzər Lənkəran”ı cəzalandıra bilər. Azerisport.az xəbər verir ki, buna Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniya “Nomme Kalju”su ilə ilk oyun zamanı cənub təsmilçisinin fanatlarının davranışı səbəb ola bilər.
Belə ki, cənublu azarkeşlər öz sevimlilərinin qolundan sonra tribunalarda müxtəlif yandırıcı maddələrdən istifadə etməyə başlayıblar ki, bu da UEFA tərəfindən qadağandı. Bundan əlavə “Xəzər Lənkəran” azarkeşləri meydana konfet tullayıblar. Görüşün baş hakimi isə bir neçə dəfə meydançanı təmizləmək üçün matçı saxlamalı olub.
