6 iyul 2012 00:37
Arif Daşdəmirov: Hər şey həll olunsa da, cavab oyununa arxayın çıxmamalıyıq
“İnter”in müdafiəçisi Arif Daşdəmirov Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Trans”ı ilə ilk oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandasının 5:0 hesablı qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Biz bu oyuna çox böyük istəklə çıxmışdıq. Təbii ki, rəqib də əlindən gələni etdi. Çünki onlar da qələbə qazanmaq istəyirdilər. Amma biz daha güclü tərəf idik. Fikrimcə, artıq hər şey bizim lehimizə həll olunub. Amma bu, o demək deyil ki, cavab oyununa arxayın çıxmalıyıq”.
