6 iyul 2012 00:46
İbrahim Karqbo: Ümidsizliyə qapılmağa dəyməz
“Bakı”nın müdafiəçisi İbrahim Karqbo Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə ilk oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Bu gün biz daha yaxşı olan tərəf idik. Amma təəssüf ki, qol vura bilmədik. Buna baxmayaraq, ümidsizliyə qapılmağa dəyməz. Çünki qarşıda hələ cavab oyunu var”.
