7 iyul 2012 13:17

Şota Arveladze: Mənim Kayserispora azərbaycanlı futbolçu dəvət etmək imkanım var idi

Xəbər verdiyimiz kimi, ötən gün Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimində iştirak etmək üçün dünya futbolunun tanınmış simaları iştirak edirdi. Azerisport.az xəbər verir ki, onların arasında Gürcüstan futbolunun tanınmış simalarından biri, Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Şota Arveladze də vardı. O, tədbirdən sonra saytımızın suallarını cavablandırıb.
 
- Öncə Azərbaycana səfəriniz barədə fikirlərinizi bilmək istərdik...
- Bizi bura dəvət etməklə çox yaxşı iş görüblər. Çoxdan idi Bakıda olmurdum. Çox şad oldum. Sonuncu dəfə burda 2000-ci ildə olmuşdum. O vaxt yığma komandamızın heyətində Azərbaycan millisi ilə qarşılaşmışdıq. Şadam ki, belə bir turnirin püşkatma mərasiminə dəvət almışam. Belə şeylər həm bizim, həm də sizin üçün çox vacibdi.
 
- Püşkatma mərasimi xoşunuza gəldi?
- Çox xoşuma gəldi. Əgər belə bir püşkatma mərasimi keçirdinizsə, deməli, turniri də yaxşı səviyyədə təşkil edəcəksiz.
 
- Azərbaycan və Gürcüstanın birgə AÇ-2020-yə ev sahibliyi etmək təşəbbüsünü necə qiymətləndirirsiz?
- Şota Arveladze uzun illər xahiş edirdi, özünü öldürürdü ki, bizdə də belə böyük turnirlər keçirilsin. İki ay öncə biz 17 yaşlılar arasında Avropa çempionatının elit mərhələsinə ev sahibliyi etdik. Belə turnirlərin təşkilinə mütləq çalışmaq lazımdı.
 
- Yeri gəlmişkən, sizi təbrik etmək olar. Artıq Gürcüstan 2015-ci ildə UEFA superkubokunu keçirmək hüququna yiyələnib...
- Sağ olun. Məncə indi də olmasa, 6, 8 və ya 10 il sonra bizə böyük turnirlər keçirmək imkanı yaradılacaq.
 
- Tezliklə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan və Gürcüstan çempionlarının – “Neftçi” ilə “Zestafoni”nin ilk oyunu baş tutacaq...
- Maraqlı qarşılaşma olacaq. Gürcüstan çempionu son illərdə xeyli artırıb. “Neftçi”yə asan olmayacaq. Görək, oyunlar nə göstərəcək.
 
- Azərbaycan futbolu Türkiyədən necə görünür?
- Düzünü deyim ki, mən futbolunuza daha çox şeyə nail olunmasını arzulardım. Ötən mövsüm Türkiyə Super Liqasında cəmi bir azərbaycanlı oynayırdı. Azərbaycan futbolu barədə mənə daha çox “İnter”in baş məçqçisi Kaxaber Tsxadadze danışır. Amma belə çox şey bilmirəm. Yığmanın da oyunlarını izləyə bilmirəm.
 
- Azərbaycanlı futbolçulardan klubunuza dəvət etmək fikriniz yoxdu?
- Mənim belə bir imkanım var idi. Amma düzünü desəm, informasiya çatışmazlığı səbəbindən heç nə alınmadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.