7 iyul 2012 13:30
Xəzər Lənkəran Estoniyaya yola düşdü
Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən olan “Xəzər Lənkəran” bu gün səhər saatlarında Estoniyaya yola düşüb. Azerisport.az xəbər verir ki, iyulun 10-da bu ölkənin “Nomme Kalju” klubunun qonağı olacaq cənublular səfər matçındab üç gün öncə yola çıxmağı üstün tutublar.
“Ağ-yaşıllar” bununla yerli şəraitə daha yaxşı uyğunlaşmaq məqsədi güdürlər. Qeyd edək ki, elə Estoniya təmsilçisi də ölkəmizə oyundan xeyli öncə təşrif buyurmuşdu. Estoniyaya çarter reysi ilə yola düşən komandamızın azarkeşlərindən də bir qrupunu özü ilə apardığı bildirilir.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 10-da Tallində keçiriləcək. Lənkərandakı ilk oyun 2:2 hesabıyla başa çatmışdı.
