7 iyul 2012 00:51
Sissi Rayt: Berti Foqtsdan belə bir şey xahiş etməmişəm
Futbol üzrə Azərbaycan 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Sissi Rayt bildirib ki, o, Azərbaycanda keçiriləcək dünya çempionatının ötən gün baş tutan püşkatma mərasimi zamanı əsas yığmamızın baş məşqçisi Berti Foqtsdan onlar üçün asan rəqib seçməyi xahiş etməyib. Azerisport.az saytına müsahibəsində o, bu məsələ ilə bağlı bunları dilə gətirib:
“Əlbəttə, xeyr, mən Foqtsdan belə bir şey xahiş etməmişəm. Heç zarafatla da. Mən bilirəm ki, o, bizim komandaya azarkeşlik edir və dünya çempionatı zamanı da qəlbi bizimlə birgə vuracaq. Elə bu, məni tamamilə qane edir”.