7 iyul 2012 01:07
Zestafoni Kubana məğlub olmasına rəğmən, Neftçidən çəkinir
Gürcüstan çempionu “Zestafoni” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Neftçi” ilə oyunlara hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, onlar öz hazırlıqları ilə yanaşı, “ağ-qaralar” haqda da məlumat toplamağı yaddan çıxarmırlar.
Belə ki, gürcülər Azərbaycan çempionunun Rusiya “Kuban”ı (Krasnodar) ilə yoxlama matçını (0:2) da yaxından izləyiblər. Böyükağa Hacıyevin yetirmələri həmin sınaq matçında məğlub olsa da, “Zestafoni” rəsmiləri komandamızdan çəkindiklərini gizlətmirlər. Onlar bildiriblər ki, “Neftçi” həmin oyunda çox yaxşı futbol sərgiləyib.
