7 iyul 2012 01:44
Xəzər Lənkəranda növbəti debütant
2012/13 mövsümünün ilk oyunu “Xəzər Lənkəran” klubunun tarixinə yeni futbolçunun düşməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının oyunçusu Ruslan Abışov bu komandada ilk dəfə rəsmi matça çıxıb.
Onun debütü Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Nomme Kalju”su ilə ilk oyununa təsadüf edib. Ruslan “Xəzər Lənkəran” tarixinə 145-ci futbolçu kimi düşüb.
Lənkəran şəhər stadionundakı matçadək klubun 8 illik tarixində 144 futbolçu rəsmi oyunlarda meydana çıxmışdı. Onlardan 89-u legioner, 55-i yerli futbolçu idi. Yığmamızın üzvü bu siyahıda 56-cı azərbaycanlı futbolçu oldu ki, ona “ağ-yaşıl” formada oynamaq nəsib olub.
