7 iyul 2012 14:24
AZAL-da mərakeşli və türk futbolçu
AZAL növbəti mövsümə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırda Türkiyədə təlim-məşq toplanışındadı.
“Təyyarəçilər” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bəzi oyunçuları da sınaqdan çıxarırlar. Belə ki, hazırda AZAL-ın düşərgəsində türkiyəli Yüksel Demir və mərakeşli Yusif Aturabin baxışdadı. Onların taleyinə yaxın günlərdə aydınlıq gələcək.
