7 iyul 2012 01:55
“Neftçinin Zestafoni ilə oyunda dəstəyə ehtiyacı var”
"Neftçi"nin direktoru Güloğlan Cabbarov Avstriya hazırlığı barədə danışıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Artıq bir həftədir ki, komandamız Avstriyada hazırlıq keçir. "Neftçi"nin düşərgəsində əla abu-hava var və komandanın direktoru kimi bu məni sevindirir. Futbolçularımızda nizam-intizam yüksək səviyyədədi. Yeni transfer etdiyimiz oyunçular da kollektivə uyğunlaşmağa başlayıblar. Onların gəlişindən sonra komandamız daha da güclənib. Heyətdəki gənc futbolçularımız da səylə çalışaraq, özlərini yaxşı tərəfdən göstərə bilirlər. Əminlikə deyirəm ki, heyətdə hər mövqe uğrunda güclü rəqabət var və ötən mövsümlə müqayisədə azarkeşlər daha güclü "Neftçi" görəcəklər. Çempionlar Liqasında ilk oyunumuza qədər tam hazır olacağıq və uğur qazanaraq, azarkeşlərimizi sevindirəcəyik. Amma, onlar da unutmasın ki, "Neftçi"nin "Zestafoni" ilə oyununda azarkeş dəstəyinə ehtiyacı var. Ümid edirəm, fanatlar "Dalğa Arena"da "Neftçi"ni tək qoymayacaqlar. Odur ki, bütün azarkeşlərimizi indidən matça dəvət edirəm".
