7 iyul 2012 01:14
Qəbələdə yeni braziliyalı (FOTO)
Doğma şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin düşərgəsinə yeni braziliyalı təşrif buyurub. Azerisport.az xəbər verir ki, bu, Bruno da Silvanın 1 yaş 7 aylıq oğlu Bruno Otavio da Silvadı.
Məşqin sonunda 9 nömrəli forması ilə meydançaya çıxan Otavio topla davranışı və rahat hərəkətləri ilə "Qəbələ" kollektivini özünə heyran qoyub. Otavio bununla braziliyalıların doğuşdan futbolçu olduqları fikrini də bir daha sübüta yetirib.
