7 iyul 2012 14:40
İnterin ikinci təsnifat mərhələsindəki ilk oyununun hakimi açıqlandı
Avropa Liqasındakı təmsilçimiz “İnter”in bu turnirin ikinci təsnifat mərhələsi çərçivəsindəki oyununu idarə edəcək hakim müəyyənləşib. Azerisport.az xəbər verir ki, “İnter” birinci təsnifat mərhələsindəki rəqibini - Estoniya “Trans”ını mübarizədən kənarlaşdıra bilsə, Yunanıstanın “Asteras” komandası ilə qarşılaşmalı olacaq.
Mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq “Asteras”ın rəqibi hələ tam dəqiqləşməsə də, yunanların “İnter” – “Trans” cütünün qalibi ilə ilk görüşünü idarə edəcək hakim bəllidi. Belə ki, həmin oyunu Mihay Fabian idarə edəcək. O, Macarıstanı təmsil edir.
Maraq üçün qeyd edək ki, püşkün nəticəsinə görə, “Asteras” ilk oyununu səfərdə keçiriləcək. “İnter” “Trans”ı keçəcəyi halda, yunanları Bakıya səfər gözləyir. Bu isə o deməkdi ki, Bakıda keçiriləcək həmin görüşdə məhz macarıstanlı hakimlər ədaləti qoruyacaqlar.
“İnter” ilk təsnifat mərhələsindəki start matçında “Trans”ı səfərdə 5:0 hesabıyla məğlub edib. Cavab görüşü isə iyulun 12-də “Dalğa Arena”da baş tutacaq.
