7 iyul 2012 02:16
Hollandiya yığmasının yeni baş məşqçisi bəlli oldu
Futbol üzrə Hollandiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Hollandiya Futbol Federasiyası yığma komandanın sükanı arxasına Lui van Qalın gətirildiyini açıqlayıb.
Van Qal bu təyinatına münasibət bildirərkən çoxdan gözlədiyi bir vəzifəyə gətirildiyini etiraf edib. O, bu təyinata çox sevindiyini də gizlətməyib.
Qeyd edək ki, Hollandiya yığması AÇ-2012-də çox uğursuz çıxış etmişdi. Bu üzdən də sabiq baş məşqçi Bert van Marveyklə yolların ayrılmasına qərar verilmişdi.
