7 iyul 2012 02:22
İspaniya futbolunda Marselo Byela zəlzələsi
İspaniya La Liqasında çıxış edən “Athletic” (Bilbao) klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, ötən mövsüm bu komanda ilə uğurlu qrafik cızan təcrübəli mütəxəssis gözlənilmədən istefa qərarını açıqlayıb.
Qeyd edək ki, argentinalı mütəxəssis yeni mövsümün startı ərəfəsində klubun bazasında aparılan təmir işlərinin hələ də başa çatmamasına çox qəzəblənmişdi. Onun istefa qərarının da məhz rəhbərliyin səriştəsizliyinə qarşı çıxmasından irəli gəldiyi bildirilir. Klub rəhbərliyi onun bu hadisə ilə bağlı sərt açıqlamalarını tənqid etsə də, hələlik istefasını qəbul etmədiyi iddia olunur.
Maraq üçün xatırladaq ki, Byelsa “Chelsea”, “Inter” və “Barcelona” kimi klubların onunla maraqlanmasına rəğmən, bir müddət öncə “Athletic”lə müqaviləsinin müddətini 2013-cü ilə qədər uzatmışdı.
