7 iyul 2012 15:31
Bakıda DÇ-yə dəstək konserti keçirildi
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə dəstək məqsədilə Dənizkənarı Milli Parkdakı Saat qülləsinin yanında konsert proqramı təqdim olunub. Azerisport.az xəbər verir ki, İlkin Həsəninin aparıcılığı ilə keçirilən konsertdə Azərbaycan musiqisinin məşhur simaları olan Aygün Kazımova, Tünzalə Ağayeva, Röya, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev və populyar müğənni, 2010-cu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanı 5-ci yerə yüksəldən Safura Əlizadə, həmçinin fristayl futbolçular Laura Biondo, Melodi Donçet, Sandi Levitas, Fristayl Futbol Federasiyasının sədri Daniel Vud və 2011-ci ilin "freestyle" futbolu üzrə dünya çempionu Kitti Şaş çıxış edib.
Çıxış edən müğənnilər ifalarını milli yığmamıza dəstəyin bir əlaməti kimi qiymətləndiriblər və bu dəstəyi çempionat zamanı stadionda da davam etdirəcəklərini bildiriblər.
