7 iyul 2012 15:53
Adrian Pit: İlk oyun da göstərdi ki, XL Nomme Kaljudan güclüdü
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Nomme Kalju”su ilə ilk oyunundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- İlk oyun barədə nə deyə bilərsiz?
- Bu qədər bəxtsizliklə üzləşdiyin oyun haqda nə demək olar? Biz bu oyunda qələbə qazanmağa borclu idik. Üzücüdü, çox üzücüdü.

- Bəs ilk dəqiqələrdə qol buraxdıqdan sonra nə gözləyirdiniz?
- Ümumiyyətlə, biz bu oyunda çox adi qollar buraxdıq. Komandamız belə səhvlərə yol verməməlidi. Yəqin ki, lazımınca oyuna köklənə bilməmişdik. Yaxud da müdafiənin diqqətsizliyi sözünü dedi.

- Bu cür məsuliyyətli bir oyunda dedikləriniz mümkündü?
- Mən deməzdim ki, biz bu oyuna məsuliyyətsiz yanaşırdıq. Əksinə, qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Qələbə qazana bilməsək də, ən azından göstərdiyimiz oyuna görə utanmamalıyıq. Yeganə çatışmayan şey qol vura bilməməyimiz oldu. Biz Estoniyaya yaxşı əhval-ruhhiyədə yollanmaq üçün kifayət qədər qol vurmaq imkanına malik idik. Amma bundan yararlana bilmədik.

- Bəs buna nə mane oldu ki? Yenə bəxtsizlik?
- Bəraət axtarmaq istəmirəm. Nəticə tablodadı və o, bizim xeyrimizə deyil. Biz hesab 2:1 olanda üçüncü qolu vurmalıydıq, daha ikincini buraxmamalıydıq.

- Rəqib gözlədiyinizdən də güclü çıxdı?
- Avropada zəif komanda qalmayıb. Rəqibin gücündən danışmaq istəmirəm. Əgər biz öz oyunumuzu sərgiləyə bilsək, estonları keçə bilərik.

- Deməli, “Xəzər Lənkəran”ın mərhələ keçmək şanslarını yüksək qiymətləndirirsiz?
- Biz buna nail olmağa borcluyuq. Bunun üçün hansısa qəhrəmanlığa ehtiyac yoxdu. Rəqibdən bir qol artıq vurmaq bizə bəs edər. İlk oyun da göstərdi ki, biz “Nomme Kalju”dan yaşxıyıq. Eyni zamanda rəqibin standart vəziyyətləri zamanı diqqətli olmalıyıq.