7 iyul 2012 18:53
Anjinin futbolçusu rəsmən Sumqayıtda (FOTO)
2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” klubu transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda eyni zamanda transfer çalışmalarını da davam etdirir.
Belə ki, Mahaçqalanın “Anji” klubunun əvəzedici komandasının əsas yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov komanda ilə bir illik müqavilə imzalayıb.
1990-cu ildə anadan olmuş adı çəkilən futbolçu 15 yaşında “Torpedo”nun əvəzedici komandasında çıxış etməyə başlayıb. Daha sonra “Torpedo-Zil”ə keçən Məhəmməd bu klubda 22 qarşılaşmada forma geyinib. 2010-cu ildən etibarən “Anji”nin əvəzedicilərində çıxış edən yeni transfer 2011/2012 mövsümündə Mahaçqala klubunun heyətində çempionatdakı bütün görüşlərində meydana çıxıb və rəqib qapılarından 1 top keçirib. O, 37 qarşılaşmada 3895 dəqiqə meydanda olub.
Qeyd edək ki, Məhəmməd “Sumqayıt”da icarə əsasında çıxış edəcək.
