7 iyul 2012 19:15
Rəşad Sadıqov da Neftçiyə keçir
“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov karyerasını yenidən “Neftçi”də davam etdirə bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubu bununla bağlı Ağdam təmsilçisinə müraciət də ünvanlayıb.
Belə ki, “ağ-qaralar” keçmiş müdafiəçilərinin ən azı Çempionlar Liqası zamanı komandaya kömək etməsində maraqlıdı. Lakin hələlik ağdamlıların “Neftçi”nin bu təklifinə necə cavab verəcəyi məlum deyil.
Rəşad Sadıqov özü isə saytımıza açıqlamasında bunları dilə gətirib: “Mənə rəsmi olaraq heç kim müraciət etməyib. Amma avrokuboklarda çıxış edən istənilən klubumuza kömək etməyə hazıram. Xüsusilə də “Neftçi”yə. Komandanı Gürcüstan “Zestafoni”si ilə çətin oyunlar gözləyir. Niyə də bu oyunlarda iştirak etməyim”.
