7 iyul 2012 22:44
Neftçi Dinamo üzərində qələbəyə sevindi (YENİLƏNİB)
UEFA Çempionlar Liqasına hazırlığı davam etdirən "Neftçi" bu gün Avstriya toplanışı çərçivəsində ikinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın bu dəfəki rəqibi Rumıniyanın məşhur “Dinamo” (Buxarest) klubu olub.
“Neftçi”nin bu matça aşağıdakı start heyəti ilə çıxıb: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Elvin Yunuszadə, Bruno Bertuççi, Erik Ramos, Rəşad Sadiqov, Julius Vobay, Flavinyo, Cavid İmamverdiyev, Nikolas Kanales.
Görüş özü isə "ağ-qaralar" üçün uğurlu alınıb. Belə ki, hər hissəyə bir qol vuran Azərbaycan çempionu Rumıniyanın ünlü klubu üzərində inamlı qələbəyə sevinib.
Qeyd edək ki, “Neftçi” Avstriyadakı hazırlıq prosesi çərçivəsində ilk oyununu Rusiyanın “Kuban” (Krasnodar) komandasına qarşı keçirmiş və 0:2 hesabıyla məğlub olmuşdu. “Ağ-qaralar” Türkiyə toplanışı zamanı isə Rusiyanın “Mordoviya” klubuna 0:4 hesabıyla uduzmuş, İran çempionu “Sepahan”a qalib gəlmişdi – 1:0.
Yoxlama oyunu
7 iyul
DİNAMO (Buxarest) – NEFTÇİ - 0:2 (0:1)
Qol: C.İmamverdiyev, 34, J.Vobay, 55.
Oyun başladı
Rumınlar ilk dəqiqələrdən üstünlüyü ələ alıblar. "Neftçi" rəqibə pressinq tətbiq etməyə çalışır
Sadiqovun qapıya təhlükəli zərbəsi qol gətirmir
"Neftçi" üstünlüyü ələ keçirib
Sadiqovdan daha bir təhlükəli zərbə: qapıçı yerindədi
Oyun daha çox mərkəzdə keçir. "Neftçi" daha fəaldı
"Dinamo" iki təhlükəli hücum təşkil etdi. Mehdiyev sayıq oynayır
Vobayın cərimə meydançasına ötürməsini Cavid İmamverdiyev effektli zərbə ilə tora qovuşdurur - 0:1
Vobayın təhlükəli zərbəsi qol gətirmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra Rauf Mehdiyevin əvəzində meydana Saşa Stamenkoviç çıxıb
"Neftçi"nin əla kombinasiyasını Vobay təhlükəli zərbə ilə tamamlayır
Rumınların da cavab hücumu təhlükəli oldu
Rəqib düşərgədə İssa Ba sarı vərəqə alır
Vobay rəqib müdafiəçinin kobud səhvindən yararlanıb komandasının ikinci qolunu vurur - 0:2
Vobayı Mirhüseyn Seyidov əvəzləyir
Seyidovun zərbəsi çərçivədən yan keçir
"Dinamo" oyunda dönüş yaratmağa çalışsa da, buna nail ola bilmir
Matç başa çatdı
