7 iyul 2012 11:37

Asterasın məşqçisi: İnterin zəif yerlərini də gördüm

Xəbər verdiyimiz kimi, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniyada keçirilən yerli “Trans”la Azərbaycanın “İnter” klubu arasındakı ilk oyunu ikinci təsnifat mərhələsində bu komandalardan biri ilə görüşəcək Yunanıstan “Asteras”ının nümayəndəsi də izləyirdi. Komandamızın 5:0 hesabıyla qələbə qazandığı görüşdən sonra yunan klubunun məşqçisi Georgios Xeridis azerisport.az saytının suallarını cavablandırıb.

- Potensial rəqibləriniz barədə nə deyə bilərsiz?
- Etiraf edim ki, mənim “İnter” haqqında geniş informasiyam yox idi. Yalnız internetdə bəzi oyunlarının fraqmentlərinə baxmışdım. Bilirəm ki, Azərbaycan Beynəlxalq Bankının simasında klubun yaxşı sponsoru var. Lakin onların oyununu gördükdən sonra deməliyəm ki, bu, mən təsəvvür etdiyimdən tamаmilə fərqli bir komandadı. İndi dəqiq demək olar ki, bizim artıq bir potensial rəqibimiz var.
 
- Bəs “İnter”i necə təsəvvür edirdiniz ki?
- Hələ oyun öncəsi də sizə demişdim ki, favorit Azərbaycan təmsilçisidi. Amma hər şeyə cavab görüşündə aydınlıq gələcəyini düşünürdüm. Çünki oyunun 1:1, ya da 0:0 hesabıyla bitəcəyini proqnozlaşdırırdım.
 
- Amma “İnter” işi ilk oyundaca bitirdi...
- Bəli. Məlum oldu ki, “İnter” daha güclü komandadı. Yunanıstan Super Liqasında çıxış edən klublarla eyni səviyyədə olduqlarını deyə bilərəm. “Trans” isə bizim rəqibimiz ola bilməz.
 
- “İnter”in heyətində kimi daha çox bəyəndiniz?
- On nömrəli futbolçunu – Georgi Adamiyanı. Möhtəşəm idi. O, komandanın ən təhlükəli futbolçusudu. Çox cəlddi, müdafiəçiləri daim gərginlikdə saxlamağı bacarır. Adamiya “Asteras” üçün real təhlükədi. Beş nömrəli futbolçunu – Slavço Georgiyevskini də fərqləndirərdim. O da əla ötürmələri ilə seçilirdi. Komandanızın oyun üslubuna gəlincə, onlar 3-4-3 sistemiylə oynayırlar. Amma oyunun gedişində bu, 5-3-2 və ya 3-5-2-yə də çevrilir. Gələcək rəqibimizin müdafiədən hücuma belə tez çıxa bilməsi mənim çox xoşuma gəldi.
 
- Siz “İnter”i ancaq tərifləyirsiz? Belə çıxır ki, bu komanda qüsursuzdu?
- Mən “İnter”in zəif cəhətlərini də gördüm. Məsələn, müdafiənin mərkəzi. Onlara güclü təzyiq olanda, səhvə yol verirlər. “Trans” bunu lazımı səviyyədə edə bilmədi. Amma biz bacararıq. İstənilən halda, mən hələ bu komandalar arasındakı cavab matçını da izləməliyəm. Bakıdakı görüşü də izlədikdən sonra, kifayət qədər məlumatımız olacaq.
 
- Bəs “Asteras” barədə nə deyə bilərsiz?
- Bizim komanda Super Liqada yeni komandadı. Təmsilçisi olduğumuz Tripolis isə futbol şəhəri sayılmır. Burda ingilis dilində danışan çox az adam tapılar. Amma gözəl qadın turistlər görəndə danışmağa çalışırlar (gülür). Bir sözlə, buyurun gəlin, sizi orda görməyə şad olarıq.
 
- Yunan fanatlar dünyada ən yaxşılardan sayılırlar. “İnter”ə bu baxımdan da çətin olacaq?
- (gülür) Məsələ burasındadı ki, bizim azarkeşimiz yoxdu. Onların sayı az olduğu kimi, həm də sakitdilər. Dediyiniz azarkeşlərə “Panatinaikos”, “Olimpiakos” və PAOK-un oyunlarından rast gəlmək olar.
 
- Son dövrlər ancaq Yunanıstandakı böhrandan danışılır. Böhran “Asteras”a təsir etməyib?
- Ola bilsin ki, hə. Amma klubumuzun maliyyə problemi yoxdu. Bizdə bu baxımdan hər şey yaxşıdı.
 
- Sizcə, “İnter” – “Asteras” mübarizəsində favorit hansı komanda olacaq?
- Fikrimcə, bizə azərbaycanlılarla mübarizə aparmaq çətin olacaq, eyni zamanda da onlara bizə qarşı oynamaq asan olmayacaq. Şanslar demək olar ki, bərabərdi. Bu, bizim avrokuboklarda debütümüz olacaq. Buna görə də qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.