7 iyul 2012 12:34
İnterdən ayrılan hücumçu özünə yeni klub tapdı
İtaliyanın "İnter" klubu hücumçusu Dieqo Forlanla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, onun növbəti mövsümdə də bu komandada qalacağı gözlənilsə də, tərəflər son anda ayrılmağa qərar veriblər.
Uruqvay yığmasının lideri bundan sonrakı karyerasını Braziliyada davam etdirəcək. Belə ki, 33 yaşlı futbolçu Braziliyanın "İnternasional" klubu ilə 3 illik müqavilə imzalayıb.
Uruqvay yığmasının lideri bundan sonrakı karyerasını Braziliyada davam etdirəcək. Belə ki, 33 yaşlı futbolçu Braziliyanın "İnternasional" klubu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2011/12 mövsümünü "İnter"də keçirən “Atletico”nun sabiq forvardı burda çıxdığı 18 oyunda 2 qola imza atmışdı.
