7 iyul 2012 12:42
Nigeriya millisinin baş məşqçisi Bakıda keçirilən püşkün nəticəsini dəyərləndirdi
Futbol üzrə Nigeriyanın 17 yaşlı qızlardan ibarət yığmasının baş məşqçisi Peter Dedevbo bu il Azərbaycanda keçiriləcək dünya çempionatının ötən gün baş tutan püşkatmasının nəticələrini dəyərləndirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasıyla birgə Kolumbiya və Kanadaya rəqib olan nigeriyalıların çalışdırıcısı bunları dilə gətirib:
“Mən öz oyunçularıma inanıram. Onlar özlərini istənilən rəqiblə görüşdə göstərə bilərlər. Bizim indiki əsas hədəfimiz dünya çempionatına yaxşı hazırlaşmaqdı. Eyni zamanda Afrika və Nigeriyanı bizimlə fəxr etməyə məcbur etmək istəyirik. Biz Bakıya hədər yerə getmirik”.