7 iyul 2012 12:53
Torres: Azərbaycan ilə oyunumuz maraqlı alınacaq
Futbol üzrə Kolumbiyanın 17 yaşlı qızlardan ibarət yığmasının baş məşqçisi Fabian Torres bu il Azərbaycanda keçiriləcək dünya çempionatının ötən gün baş tutan püşkatmasının nəticələrini dəyərləndirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasıyla birgə Nigeriya və Kanadaya rəqib olan kolumbiyalıların çalışdırıcısı bunları dilə gətirib:
“Bizdə yaxşı qrup alındı. Əminəm ki, Azərbaycanla oyun maraqlı olacaq. Yerli publika önündə şou göstərməyə çalışacağıq. Hesab edirəm ki, komandamızın qrupdan çıxmaq üçün gözəl şansı var”.
