8 iyul 2012 01:10
Neftçi Rəşad Sadıqovu transfer etməyəcək
Azərbaycan çempionu “Neftçi” futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın lideri Rəşad Sadıqovu transfer etməyəcək. Azerisport.az saytına klubun düşərgəsindən bu məsələ ilə bağlı açıqlamada bildirilir:
“Rəşad Sadıqov əla futbolçudu. Amma bizim heyətimiz artıq komplektləşib. Ona görə də Rəşadın xidmətinə ehtiyac duymuruq. Bu, sadəcə söz-söhbətdi”.
“Rəşad Sadıqov əla futbolçudu. Amma bizim heyətimiz artıq komplektləşib. Ona görə də Rəşadın xidmətinə ehtiyac duymuruq. Bu, sadəcə söz-söhbətdi”.
